Azərbaycan millisinin baş məşqçisi: "İrlandiya ilə oyunda hücumda və müdafiədə çox zəif təsir bağışladıq"
Hücumda və müdafiədə çox zəif təsir bağışladıq.
Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycanın kişilərdən ibarət basketbol millisinin baş məşqçisi Tahir Baxşıyev səfərdə İrlandiyaya 67:91 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.
Mütəxəssis matçın çətin keçdiyini söyləyib:
"Bunu əvvəldən də bilirdik. Üç xallıq atışlarımız çox zəif oldu. Görüşün əvvəlindən hesab arasındakı fərq böyüdü, sonra geridönüş etmək çətin oldu. 3-4-cü period əvvəlki ikisindən fərqli idi. Görüşə çox zəif başlamışdıq. Sonradan durumu bir az düzəldə bildik, amma artıq gec idi, çatdıra bilmədik".
T.Baxşıyev Amil Həmzəyevin də zədə səbəbindən çox oynaya bilmədiyini və İsveçrə ilə növbəti görüşə hazırlaşacaqlarını bildirib.
Qeyd edək ki, noyabrın 24-də Bakıda təşkil olunacaq Azərbaycan - İsveçrə qarşılaşması saat 14:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan millisinin məşqçisi: "İrlandiyaya qələbə üçün gəlmişik"
Kurban Berdıyev: Həm müdafiədə, həm də hücumda zəif oynadıq
Azərbaycan millisinin baş məşqçisi: “Serbiyaya qarşı oyunda qolları əsasən qapıçı səhvlərindən sonra buraxdıq”
"Neftçi"nin baş məşqçisi: Gürcüstan komandası ilə oyunun ilk hissəsində çox səhv etdik
Azərbaycanın basketbol millisinin baş məşqçisi: Yaşımız az olsa da, gördüyümüz iş böyükdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













