Fərid Qayıbov ilə Franklin Kardiyo arasında onlayn formatda görüş keçirilib
sizinxeber.az xəbər saytı

Fərid Qayıbov ilə Franklin Kardiyo arasında onlayn formatda görüş keçirilib


İyunun 15-də gənclər və idman naziri Fərid Qayıbov ilə Venesuelanın idman üzrə xalq hakimiyyəti naziri Franklin Kardiyo arasında onlayn formatda görüş keçirilib.

Bu barədə "Sizinxeber.az"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında idman əlaqələrinin genişləndirilməsi, yüksək nəticəli idman sahəsində təcrübə mübadiləsi, 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq istiqamətində texniki əməkdaşlıq imkanları və idman sahəsində Anlaşma Memorandumunun imzalanması perspektivləri müzakirə olunub.

Həmçinin idmançı mübadilə proqramları, gimnastika, boks, taekvondo və güləş növləri üzrə əməkdaşlıq, eləcə də idman texnologiyaları və tətbiqi elmlər sahəsində potensial birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Venesuelanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kristofer Martinez Berroteran da iştirak edib.

Oxşar xəbərlər

Fərid Qayıbov Estoniyaya səfər edib
Azərbaycan və İndoneziya arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlıq müzakirə edilib
Fərid Qayıbov Miroslav Kroqulets ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan və Türkiyə gənclər və idman sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər