Qlobal neft tələbatının artım tempi gələn il daha da sürətlənəcək - PROQNOZ
sizinxeber.az xəbər saytı

Qlobal neft tələbatının artım tempi gələn il daha da sürətlənəcək - PROQNOZ


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-2027-ci illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb.

Bu barədə "Sizinxeber.az-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, gələn il ortalama gündəlik qlobal neft tələbatı 107,86 mln. barel olacaq (öncəki proqnoz göstərici – 107,87 mln. barel) ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 1,73 mln. barel çoxdur.

Proqnoza əsasən, bu il qeyd olunan göstəricinin 106,13 mln. barel olacağı proqnozaşdırılır (öncəki proqnoz göstərici - 106,33 mln. barel), bu da 2025-ci ilin göstəricisi (105,16 mln. barel) ilə müqayisədə 0,97 mln. barel çoxdur.

Xatırladaq ki, 2024-cü ildə qlobal gündəlik neft tələbatı ortalama 103,84 mln. barel olub.

Oxşar xəbərlər

OPEC gələn il üçün qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb
OPEC gələn il üçün qlobal neft tələbatı üzrə proqnozunu artırıb
OPEC 2025-2026-cı illər üzrə qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
OPEC gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
OPEC qlobal neft tələbatı üzrə proqnozunu azaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər