CENTCOM: İranın neft tankerinə hücum edilib
sizinxeber.az xəbər saytı

CENTCOM: İranın neft tankerinə hücum edilib


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İranın blokadasını pozan və İran neftini daşıyan tankeriə hücum edildiyini bildirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində qeyd olunub.

Bəyanata görə, hadisə iyunun 10-da ABŞ Şərq vaxtı ilə saat 23:20-də (Bakı vaxtı ilə 11 iyun saat 07:20-də - red.) baş verib. Qvineya-Bisau bayrağı altında üzən "M/T Jalveer" tankeri zərbəyə məruz qalıb. CENTCOM-un məlumatına görə, heyət ABŞ hərbçilərinin tələblərinə dəfələrlə məhəl qoymayıb, bundan sonra ABŞ təyyarəsi gəminin mühərrik bölməsinə iki "Hellfire" raketi ilə zərbə endirib.

Qeyd edək ki, bu, cari həftə ərzində ABŞ qüvvələri tərəfindən sıradan çıxarılan artıq üçüncü kommersiya gəmisidir. Daha əvvəl, bazar ertəsi və çərşənbə axşamı ABŞ aviasiyası Palau bayrağı altında üzən "M/T Marivex" və "M/T Settebello" tankerlərinə zərbələr endirib. Vaşinqtonun versiyasına görə, birinci gəmi İran limanına yollanırdı, ikincisi isə İran nefti daşıyırdı.

CENTCOM-un məlumatına görə, aprelin 13-də İranın blokadasının təmin edilməsi üzrə əməliyyatın başlanmasından bəri ABŞ qüvvələri tələbləri yerinə yetirməkdən imtina edən doqquz gəmini sıradan çıxarıb, həmçinin sərəncamlara tabe olan 135 gəminin istiqamətini dəyişdirib və humanitar yardımın çatdırılmasına cəlb edilmiş 42 gəminin keçidinə icazə verib.

Komandanlıqdan vurğulanıb ki, blokada bayrağından asılı olmayaraq bütün gəmilərə tətbiq edilir və İranın Fars və Oman körfəzlərindəki limanları da daxil olmaqla, İran limanlarına daxil olan və ya onları tərk edən gəmilərə şamil olunur.

Qeyd edək ki, daha əvvəl Oman körfəzində neft tankerində mühərrik bölməsinin alışması nəticəsində yanğın baş verdiyi bildirilmişdi.

Oxşar xəbərlər

CENTCOM İranın dəniz blokadasını pozan neft tankerinə atəş açaraq zərərsizləşdirdiyini bildirir
ABŞ ordusu bu həftə İrana qarşı blokadanı yarmağa çalışan üçüncü tankeri sıradan çıxarıb
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
ABŞ Oman körfəzində neft tankerinə atəş açıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər