"Nar" abunəçiləri üçün eSIM nömrələrdə "Asan İmza" xidməti istifadəyə verildi
Sərfəli xidmətləri ilə tanınan "Nar" abunəçiləri artıq eSIM texnologiyası vasitəsilə "Asan İmza" rəqəmsal imza xidmətindən istifadə edə bilərlər. İstifadəçilər xidmətlə bağlı bütün vacib məlumatları "Nar+" mobil tətbiqi vasitəsilə operativ şəkildə izləyə, eyni zamanda fiziki SIM kartdan eSIM formatına asanlıqla keçərək 2500-dən çox elektron xidmətə təhlükəsiz və rahat çıxış əldə edə bilərlər.
eSIM üzərindən təqdim olunan bu xidmət yüksək təhlükəsizlik standartlarını qoruyaraq fiziki SIM kartın itirilməsi və ya oğurlanması riskini aradan qaldırır, eyni zamanda plastik kartlardan istifadəyə ehtiyacı azaltmaqla istifadəçilərə bir cihazda bir neçə nömrəni aktivləşdirmək imkanı yaradır.
Qeyd edək ki, bu xidmət fiziki və hüquqi şəxslər üçün 3 il müddətinə təqdim olunur. Aktivləşdirmə "Nar" Müştəri Xidmətlərində həyata keçirilir. eSIM əsaslı "Asan İmza" xidmətinin aktivləşdirmə zamanı PIN kodları əvvəlcədən təqdim edilmir, abunəçilər bu kodları ilk autentifikasiya və ya imzalama prosesi zamanı onlayn şəkildə təyin edirlər. PIN kodların blokdan çıxarılması isə 1847 – "Asan İmza" Çağrı Mərkəzi vasitəsilə onlayn qaydada təmin olunur.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSIM texnologiyası təqdim edir.
Oxşar xəbərlər
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
"Azercell" eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırıb
Azərbaycanda I rübdə 112 minə yaxın "ASAN İmza" sertifikatı verilib
Azərbaycanda 2 ayda 86 minə yaxın "ASAN İmza" sertifikatı verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
