Ərdoğan Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib
sizinxeber.az xəbər saytı

Ərdoğan Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı onun rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" Partiyasının iyunun 7-də parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

"Üçüncü dəfə hökumətin qurulmasında sizə uğurlar arzulayıram", - Ərdoğanın təbrikində qeyd olunub.

Türkiyə Prezidenti əmindir ki, Paşinyanın regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi, eləcə də bu istiqamətdə zəruri əməkdaşlığın inkişafı ilə bağlı baxışı "uğurla həyata keçiriləcək".

Oxşar xəbərlər

Türkiyə Prezidenti Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib
Tokayev Paşinyanı təbrik etdi
Tramp parlament seçkilərində qələbə qazanması münasibətilə Paşinyanı təbrik edib
Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik ediblər
Ərdoğan Madyarı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər