Abşeron Olimpiya İdman Kompleksində güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
İlk dəfə Abşeron Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, AGF-nin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarış fevralın 11-dən 14-dək davam edəcək.
İlk 2 gündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan çempionatın görüşləri hər gün saat 10:00-da başlanacaq. Medallar uğrunda qarşılaşmalara isə 16:30-da start veriləcək.
11 fevral
Sərbəst güləş: 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq
12 fevral
Sərbəst güləş: 61 kq, 70 kq, 79 kq, 92 kq, 125 kq
13 fevral
Yunan-Roma güləşi: 55 kq, 63 kq, 72 kq, 82 kq, 97 kq.
14 fevral
Yunan-Roma güləşi: 60 kq, 67 kq, 77 kq, 87 kq, 130 kq
Oxşar xəbərlər
Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yekun vurulub
Qubada güləş məşqçilərinin ümumrespublika seminarı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
