Azərbaycan Universiadada 71 idmançı ilə təmsil olunacaq
İyulun 16-dan 27-dək Almaniyanın Reyn-Rur regionunda keçiriləcək 32-ci Ümumdünya Yay Universiadasında Azərbaycanın 71 idmançısı iştirak edəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bu gün ilk idman nümayəndə heyəti universiada üçün Almaniyaya yollanıb.
Yarışlar paytaxt Berlinlə yanaşı, Reyn-Rur bölgəsinə daxil olan Boxum, Essen, Duysburq, Mülhaym və Hagen şəhərlərində təşkil olunacaq.
Azərbaycan yarışda 12 idman növündə (atletika, badminton, kamandan oxatma, çimərlik voleybolu, bədii gimnastika, taekvondo, kanoe və avarçəkmə, üzgüçülük, stolüstü tennis, tennis, cüdo və qılıncoynatma) təmsil olunacaq.
Turnirin açılış mərasimi iyulun 16-da, bağlanışı isə ayın 27-də Duysburq şəhərində baş tutacaq.
Oxşar xəbərlər
MOK-un nümayəndəsi EYOF-un missiya rəhbərlərinin görüşündə iştirak edib
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
Bakıda stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib
Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
