Azərbaycan cüdo millisi Tbilisidə keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan cüdo millisi Tbilisidə keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcək


Gürcüstanın paytaxtı Tbilisi 20–22 mart tarixlərində növbəti mötəbər cüdo yarışına ev sahibliyi edəcək.

"Sizinxeber.az" xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən keçiriləcək Böyük Dəbilqə turnirində Azərbaycan milli komandası da mübarizə aparacaq.

Yığma yarışa kişilərdən ibarət komandanın böyük məşqçiləri Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi altında qatılacaq.

Azərbaycan turnirdə 7 çəki dərəcəsində ümumilikdə 11 cüdoçu (6 kişi, 5 qadın) ilə təmsil olunacaq.

Üç gün davam edəcək yarışda 52 ölkədən 406 idmançı (250 kişi, 156 qadın) qüvvəsini sınayacaq. Dünya Turu seriyasına daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Azərbaycan millisinin heyətində kişilər arasında 66 kq çəki dərəcəsində Rəşad Yelkiyev və Turan Bayramov, 73 kq-da Kamran Süleymanov və Hidayət Heydərov, +100 kq-da isə Camal Qamzatxanovla Kənan Nəsibov yer alıb. Qadın cüdoçular arasında 48 kq-da Könül Əliyeva, 52 kq-da Leyla Əliyeva, 70 kq-da Südabə Ağayeva və Aytac Qardaşxanlı, +78 kq çəki dərəcəsində isə Madina Kaisinova Azərbaycanı təmsil edəcək.

Oxşar xəbərlər

Azərbaycanı Monqolustandakı Böyük Dəbilqə turnirində təmsil edəcək cüdoçular müəyyənləşib
"Böyük Dəbilqə": Azərbaycanın qadınlardan ibarət cüdo millisinin heyəti açıqlanıb
Monqolustandakı "Böyük Dəbilqə" turnirinə qatılacaq Azərbaycan cüdoçuları müəyyənləşib
Azərbaycan Düşənbədə keçiriləcək "Böyük Dəbilqə" turnirində 8 cüdoçu ilə təmsil olunacaq
Azərbaycan cüdoçuları Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər