Azərbaycanı Monqolustandakı Böyük Dəbilqə turnirində təmsil edəcək cüdoçular müəyyənləşib
25–27 iyulda Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunacaq Böyük Dəbilqə turnirində Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib.
"Sizinxeber.az" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədovun başçılığı altında 2 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.
Turnirdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Elşən Əsədov (66 kq) mübarizə aparacaq.
Beynəlxalq Cüdo Federasiyası tərəfindən təşkil olunan Dünya Turunun bu mərhələsində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) iştirak edəcək.
Oxşar xəbərlər
Azərbaycan Düşənbədə keçiriləcək "Böyük Dəbilqə" turnirində 8 cüdoçu ilə təmsil olunacaq
Azərbaycan cüdoçuları Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Azərbaycanı Qran-pri turnirində təmsil edəcək cüdoçular müəyyənləşib
"Böyük Dəbilqə": Azərbaycanın qadınlardan ibarət cüdo millisinin heyəti açıqlanıb
Azərbaycan cüdoçuları Açıq Avropa turnirində iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











