Monqolustandakı "Böyük Dəbilqə" turnirinə qatılacaq Azərbaycan cüdoçuları müəyyənləşib
İyulun 25–27-də Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunacaq Böyük Dəbilqə turnirinə qatılacaq Azərbaycanı cüdoçuları müəyyənləşib.
"Sizinxeber.az" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmizi yarışda kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədovun başçılığı altında 2 çəki dərəcəsində 3 cüdoçu təmsil edəcək.
Turnirdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Elşən Əsədov (66 kq) mübarizə aparacaqlar.
Beynəlxalq Cüdo Federasiyası tərəfindən təşkil olunan Dünya Turunun bu mərhələsində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) iştirak edəcək.
Oxşar xəbərlər
Azərbaycanı Monqolustandakı Böyük Dəbilqə turnirində təmsil edəcək cüdoçular müəyyənləşib
Azərbaycan Düşənbədə keçiriləcək "Böyük Dəbilqə" turnirində 8 cüdoçu ilə təmsil olunacaq
Azərbaycan cüdoçuları Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Azərbaycan cüdoçuları Açıq Avropa turnirində iştirak edəcəklər
"Böyük Dəbilqə": Azərbaycanın qadınlardan ibarət cüdo millisinin heyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











