sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Böyük Dəbilqə": Azərbaycanın qadınlardan ibarət cüdo millisinin heyəti açıqlanıb
Azərbaycanın qadınlardan ibarət cüdo millisinin Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək heyəti açıqlanıb.
"Sizinxeber.az" xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 9–11 may tarixlərində baş tutacaq yarışda yığma böyük məşqçi Saşa Herkenrat-Vimarın başçılığı altında 3 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.
Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) rəqiblərini üstələməyə çalışacaqlar.
Qeyd edək ki, üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edəcək.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Avropa çempionatında iştirak edəcək Azərbaycanın cüdo yığmasının heyəti açıqlanıb
Azərbaycan Düşənbədə keçiriləcək "Böyük Dəbilqə" turnirində 8 cüdoçu ilə təmsil olunacaq
Azərbaycan cüdoçuları Xorvatiyada Avropa Kubokunda iştirak edəcəklər
İstanbuldakı Avropa Kubokunda Azərbaycanın 38 cüdoçusu mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











