Azərbaycan cüdoçuları Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan cüdoçuları Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək


Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək.

"Report" xəbər verir ki, oktyabrın 11-dən 13-dək davam edəcək yarışda 30 ölkədən 232 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 12 kişi və 2 qadın idmançı ilə təmsil olunacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Yarışda iştirak edəcək heyəti təqdim edirik:

Qadınlar

48 kq.

Leyla Əliyeva

57 kq.

Acelya Toprak

Kişilər

60 kq.

Balabəy Ağayev

Hüseyn Allahyarov

66 kq.

Ruslan Paşayev

Rəşad Yelkiyev

73 kq.

Rəşid Məmmədəliyev

Nəriman Mirzəyev

81 kq.

Zelim Tçkayev

Ömər Rəcəbli

90 kq.

Murad Fətiyev

Musa Hüseynli

+100 kq.

İmran Yusifov

Uşanqi Kokauri

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları Açıq Avropa turnirində iştirak edəcəklər
Azərbaycanı Qran-pri turnirində təmsil edəcək cüdoçular müəyyənləşib
Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcək
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
“Böyük Dəbilqə”: ilk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər