Azərbaycan millisinin kapitanı: "Qrupu lider olaraq başa vuracağımıza inanıram" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2025
22:30

Azərbaycan millisinin kapitanı: "Qrupu lider olaraq başa vuracağımıza inanıram"

23 may, 2025
22:30
739

Azərbaycan millisinin kapitanı: "Qrupu lider olaraq başa vuracağımıza inanıram"

Azərbaycan millisinin kapitanı Elvin Əlizadə minifutbol üzrə dünya çempionatında yer aldıqları A qrupunu birinci pillədə tamamlayacaqlarına inanır.

"Report"un məlumatına görə, futbolçu bunu Sloveniya ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Ev sahibi olmağımıza baxmayaraq, ilk oyunda meydana öyrəşə bilmədiyimiz üçün qələbəni əldən verdik. Artıq hər şey istədiyimiz kimi gedir. İnşallah, qrupdan lider olaraq çıxacağıq. Qələbəyə görə bütün Azərbaycan xalqını təbrik edirəm".

Qeyd edək ki, Azərbaycan yığması A qrupundakı ikinci görüşündə Sloveniyaya 4:0 hesabı ilə qalib gəlib.

Bizimlə əlaqə saxlayın