Azərbaycan klubunun kapitanı: "Debütant olmağımıza baxmayaraq, qrupda birinci yeri tutacağımıza inanıram"
sizinxeber.az xəbər saytı

Azərbaycan klubunun kapitanı: "Debütant olmağımıza baxmayaraq, qrupda birinci yeri tutacağımıza inanıram"


Azərbaycan Basketbol Liqasının debütantı olmağımıza baxmayaraq, B qrupunda yaxşı nəticə göstərib birinci yeri tutacağımıza inanıram.

"Report" xəbər verir ki, bunu “Ordu”nun kapitanı Rüstəm Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Basketbolçu yeni mövsümün çətin keçəcəyini söyləyib:

“Bilirsiniz ki, “Ordu” komandası yeni yaranıb. Ona görə də müəyyən çətinliklər var. Amma yaxşı basketbolçular transfer etmişik. İstər yerli, istərsə də əcnəbi oyunçularımız istedadlı basketbolçulardır. Mövsüm çox çətin keçəcək. Çünki digər komandalar da xeyli gücləniblər”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında cari mövsümə oktyabrın 18-də start verləcək.

Oxşar xəbərlər

“Ordu” heyətini yeni basketbolçu ilə gücləndirib
"Ordu" basketbol komandası növbəti transferini reallaşdırıb
Azərbaycan çempionatının debütantı ABŞ-dən olan basketbolçu ilə müqavilə imzalayıb
Azərbaycan Basketbol Liqasında yeni mövsümün I turunun təqvimi açıqlanıb
Azərbaycan Basketbol Liqasının debütantının baş məşqçisi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər