"Liverpul" Trent Aleksander-Arnolda əvəzləyici tapıb
sizinxeber.az xəbər saytı

"Liverpul" Trent Aleksander-Arnolda əvəzləyici tapıb


İngiltərə təmsilçisi "Liverpul" cari mövsümün sonunda klubdan ayrılacaq Trent Aleksander-Arnolda əvəzləyici tapıb.

"Report" "Give me Sport"a istinadən xəbər verir ki, mersisaydlılar Almaniyanın "Bayer 04" kollektivinin müdafiəçisi Ceremi Frimponqu sıralarına cəlb etməyi düşünür.

Leverkuzenlilər 24 yaşlı oyunçunu 30 milyon funt-sterlinqə satmağa hazırdır. Bu məbləğin çox olduğunu düşünən qarşı tərəf digər variantları nəzərdən keçirir.

Qeyd edək ki, Ceremi Frimponq bu mövsüm "Bayer 04"ün heyətində bütün turnirlərdə 47 oyun keçirib, 4 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun komandası ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.

Oxşar xəbərlər

Trent Aleksander-Arnold "Liverpul"dan ayrılacağını açıqlayıb
"Nyukasl" Aleksander İsaka yeni əvəzləyici tapıb
"Real" "Liverpul" klubunun daha bir futbolçusunu diqqət mərkəzində saxlayır
"Liverpul" futbolçusunu komandada saxlamaq üçün əlindən gələni edəcək
"Liverpul"un futbolçusu karyerasını İspaniya klubunda davam etdirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər