Vuçiç Serbiyada parlament seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb
sizinxeber.az xəbər saytı

Vuçiç Serbiyada parlament seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb


Serbiyada parlament seçkiləri payızda, sentyabrın sonundan noyabrın ortalarınadək olan dövrdə keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə respublikanın prezidenti Aleksandar Vuçiç Serbiya Radio və Televiziyasının efirində bildirib.

"Seçkilər sentyabrın sonundan noyabrın ortalarınadək olan dövrdə keçiriləcək", - o qeyd edib.

Mayın əvvəlində ölkə lideri Serbiyada növbədənkənar parlament seçkilərinin iki ay və ya yarım il sonra keçirilə biləcəyini mümkün hesab edirdi.

Serbiya parlamentinin spikeri Ana Brnabiç bildirib ki, hakim Serbiya Tərəqqi Partiyası Vuçiçə gələcək parlament seçkilərində baş nazir postuna öz namizədi olmağı təklif edəcək.

Oxşar xəbərlər

Serbiya Prezidenti: İnanıram ki, parlament seçkiləri demokratik keçiriləcək
Vuçiç: Serbiyada ehtiyatlardan on minlərlə ton neft çıxarılacaq
Serbiyada BRICS-ə qoşulmaq məsələsi ilə bağlı referendum keçirilə bilər
Bu il Serbiyada itkin düşmüş şəxslərlə bağlı qanun qəbul ediləcək
Serbiyada etirazlar zamanı nazirə hücum edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər