"Liverpul"un futbolçusu karyerasını İspaniya klubunda davam etdirəcək
sizinxeber.az xəbər saytı

"Liverpul"un futbolçusu karyerasını İspaniya klubunda davam etdirəcək


İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Trent Aleksander-Arnold böyük ehtimalla karyerasını İspaniya təmsilçisi "Real"da davam etdirəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

26 yaşlı futbolçu "Liverpul" rəhbərliyinə karyerasını Madrid klubunda davam etdirmək niyyətində olduğunu bildirib. Bunun mersisaydlıların oyunçu ilə müqavilə müddətini uzatmaq cəhdinin uğursuz olmasından sonra baş verdiyi bildirilir.

Qeyd edək ki, onun "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Cari mövsümdə T.Aleksander-Arnold bütün turnirlərdə "Liverpul"un heyətində meydana çıxdığı 44 oyunda 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Liverpul" futbolçusunu komandada saxlamaq üçün əlindən gələni edəcək
İngiltərə klubunun müdafiəçisi "Real"a transfer oluna bilər
Məhəmməd Salah İspaniya və ya Fransa klubuna keçə bilər
"Liverpul"un müdafiəçisi İspaniya klubuna keçmək qərarına gəlib
"Liverpul" və "Bavariya"nın müdafiəçiləri komandalarını tərk etmək qərarına gəliblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər