"Nyukasl" Aleksander İsaka yeni əvəzləyici tapıb
sizinxeber.az xəbər saytı

"Nyukasl" Aleksander İsaka yeni əvəzləyici tapıb


İngiltərə təmsilçisi "Nyukasl" hücumçusu Aleksander İsaka yeni əvəzləyici tapıb.

"Sizinxeber.az" "Tuttosport"a istinadən xəbər verir ki, "ağ-qaralar" "Yuventus"un (İtaliya) forvardı Duşan Vlahoviçi diqqət mərkəzində saxlayır.

"Sağsağan"lar cari mövsümün sonunda isveçli futbolçusu İsakın mümkün gedişindən sonra boşluğu doldurmaq istəyir.

"Qoca sinyora" ilə olan müqaviləsi 2026-cı ildə başa çatacaq Vlahoviçin klubdan ayrılmaq istəməsi transferin baş tutmaq ehtimalını artırır.

Qeyd edək ki, serbiyalı hücumçu bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 37 matç keçirib və 14 qol vurub.

Oxşar xəbərlər

KİV: “Mançester Siti” Kevin De Bruyneyə iki əvəzləyici tapıb
"Yuventus"un hücumçusu Premyer Liqa klubunun maraq dairəsinə düşüb
"Yuventus"un futbolçusu komandanı tərk edə bilər
"Yuventus" PSJ-nin futbolçusunun transferini açıqlayıb
"Yuventus"un əsas hücumçusu zədəsini sağaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər