Hasan Suver: "Enerji transformasiyası və şəhərsalma siyasəti bir-birini tamamlayan iki əsas sahəyə çevrilib"
sizinxeber.az xəbər saytı

Hasan Suver: "Enerji transformasiyası və şəhərsalma siyasəti bir-birini tamamlayan iki əsas sahəyə çevrilib"


Bu gün enerji transformasiyası və şəhərsalma siyasəti bir-birini tamamlayan iki əsas sahəyə çevrilib.

"Report" xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Yüksəksəviyyəli Enerji və Şəhər Dialoqu"nda deyib.

Onun sözlərinə görə, WUF13-də təkcə şəhərlərin bugünkü ehtiyacları müzakirə edilmir: "Bu tədbirə həm də gələcək nəsillərə qoyub gedəcəyimiz yaşayış sahələrini, iqlim dəyişikliyinə qarşı ortaq dayanıqlılığımızı və D8 ölkələri olaraq davamlı inkişaf baxışımızı müzakirə etmək üçün toplaşmışıq".

O qeyd edib ki, Türkiyə D8-i təkcə iqtisadi əməkdaşlıq platforması deyil, ekoloji həmrəyliyi, yaşıl inkişafı və ortaq gələcək baxışı gücləndirmək üçün strateji bir zəmin kimi görür: "Bu gün enerji transformasiyası və şəhərsalma siyasəti bir-birini tamamlayan iki əsas sahəyə çevrilib. Enerji səmərəliliyi yüksək olan binalar, təmiz nəqliyyat sistemləri, bərpa olunan enerji infrastrukturları, ağıllı şəhər tətbiqləri, yaşıl infrastruktur və davamlı mənzil layihələri şəhərlərimizin gələcəyini formalaşdırır".

Oxşar xəbərlər

Mərakeş rəsmisi: "Təbiətə əsaslanan həllərə ekoloji müdaxilə kimi baxılmamalıdır"
Anar Quliyev: "Şəhərlər qlobal emissiyaların təxminən 70 %-ini təşkil edir"
Rafael Vinyol: Ali təhsil müəssisələri davamlı şəhərsalma işində mühüm rol oynayır
BMT nümayəndəsi: Xəzər dənizində suyun səviyyəsi hər il 6 sm azalır
Mohd Şarif: "Şəhərlərin enerji planlaması ilə enerji sistemlərinin layihələndirilməsi arasında uyğunlaşma zəruridir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər