Azərbaycan çempionatında əsrin rekordu qeydə alınıb
"Qarabağ" Azərbaycan çempionatları tarixində XXI əsrin rekorduna imza atıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna "Səbail"ə 5:0 hesabı ilə qalib gəldiyi Misli Premyer Liqasının XXII turunun oyununda nail olub.
75 dəqiqəsi qolsuz bitən görüşdəki bütün toplar hakimin final fitinə 15 dəqiqə qalandan sonraya təsadüf edib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bununla da ölkə çempionatları tarixində XXI əsrin rekorduna imza atıb. “Qarabağ” 5 və ya daha çox qol vurduğu görüşdə hesabı ən gec açan komanda olub. Ağdam təmsilçisi ilk topu 76-cı dəqiqədə vursa da, matçın sonunadək “5”ə çatıb.
Bunadək əsrin rekordu “Qəbələ”yə məxsus idi. “Qırmızı-qaralar” 2021/2022 mövsümündə “Səbail”lə qarşılaşmada 65-ci dəqiqədə hesabı açdıqdan sonra 5:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
"Qarabağ" yeni rekorda imza atıb
“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub
Qurban Qurbanov "Qarabağ"ı Azərbaycan çempionatında 500-cü oyuna çıxarıb
İki ildən sonra "Qarabağ"ın oyununda qol vurulmayıb
“Kəpəz” son 12 mövsümdə ilk dəfə ardıcıl iki ev matçında 3 və daha çox qol vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
