Mixail Deqtyaryov: "Rusiya ilə Azərbaycan arasında idman sahəsində tərəfdaşlıq möhkəmlənir"
Rusiyanın gənclər və idman naziri Mixail Deqtyaryov ölkəsi ilə Azərbaycan arasında idman sahəsində tərəfdaşlığın və qarşılıqlı dəstəyin getdikcə möhkəmləndiyini diqqətə çatdırıb.
"Sizinxeber.az" xəbər verir ki, o, bunu Bakıda jurnalistlərə açıqlamasında bildirib.
M.Deqtyaryov Bakıda təşkil olunan beynəlxalq iclasların yüksək səviyyədə təşkil olunduğunu və Rusiya nümayəndə heyətinin bu tədbirlərdə fəal iştirak etdiyini bildirib.
Qurum təmsilçisi gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə beynəlxalq təşkilata yeni nəfəs gəldiyini vurğulayıb:
"Cənab Qayıbov UNESCO-nun Dopinqə qarşı mübarizə üzrə Konvensiyasının Tərəflərin Konfransına sədrlik etməklə bu qurumun fəaliyyətinə yeni təkan verib. Büronun gündəliyində mühüm məsələlər, o cümlədən farmakopeyanın inkişafı, yol xəritəsinin təsdiqi və dopinqə qarşı ekosistemin gücləndirilməsi üzrə yeni yanaşmalar yer alır. Xüsusilə kiçik dövlətlərdə bu sahənin inkişafına önəm verilir. Əvvəllər bu istiqamətə diqqət yetirilmirdi, lakin tərəfimizdən dopinqlə mübarizənin bütün ölkələr, o cümlədən kiçik, inkişaf etməkdə olan dövlətlər üçün əlçatan olması barədə qərar qəbul edilib və UNESCO bu mənada lazımi dəstəyi göstərməlidir".
Komitə üzvü dopinqə qarşı mübarizə layihələrinə baxılarkən xüsusi yardıma ehtiyacı olan ölkələrə üstünlük verildiyini qeyd edib:
"Müzakirələr zamanı Afrika, Okeaniya və Cənubi Amerikadan olan ölkələrin layihələrinə baxılıb. Hətta Böyük Britaniya da müraciət etmişdi, lakin bu sorğu qəbul edilmədi. Çünki belə addım dopinqə qarşı mübarizə sistemi və institutları hələ yetərincə formalaşmamış, yardıma ehtiyacı olan ölkələrin dəstəklənməsi prinsiplərinə ziddir. Bu səbəbdən Kiribati və Kiçik Ada Dövlətlərinin layihələri təsdiqlənib. Keniya və Özbəkistanla bağlı sənədlər üzərində iş aparılır, onlar növbəti görüşün keçiriləcəyi Hindistanda müzakirə olunacaq".
Sonda rəsmi qonaq Azərbaycanın idman sahəsindəki uğurlarını və Bakının gözəlliyini önə çəkib:
"Azərbaycanda idman sahəsinin ümumi inkişaf səviyyəsi çox yüksəkdir. Rusiya tərəfi yarışlarda, müxtəlif konfranslarda, forumlarda və beynəlxalq təşkilatlardakı səsvermələrdə hər zaman Azərbaycan idmançılarını və rəsmi Bakını dəstəkləyir. Qarşılıqlı tərəfdaşlıq getdikcə güclənir. Paytaxt haqqında şəxsi təəssüratlarım da çox gözəldir. Bura heyranedici memarlıq incilərinə sahib, olduqca təmiz bir şəhərdir. İnsanları isə çox qonaqpərvər və səmimidir".
Oxşar xəbərlər
Fərid Qayıbov Hindistanda beynəlxalq konfransın açılışında iştirak edib
Fərid Qayıbov Estoniyaya səfər edib
Bakıda "Təmiz idman uğrunda" forumu keçirilib
Gənclər və İdman Nazirliyi 2024-ci ilin idman yekunlarına həsr olunmuş tədbir keçirir
Qazaxıstan və Azərbaycan milli idman növlərinin inkişafını gücləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
