AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
sizinxeber.az xəbər saytı

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır


Bakıda daha iki yol sahəsində təmir işləri icra edilir.

Bu barədə "Report"a Azərbaycan Aztomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunur.

Belə ki, bu gün saat 10:00-dan iyulun 4-ü, saat 07:00-dək Xan Şuşinski küçəsi (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) yol tam bağlanır.

Bu gün saat 10:00-dan sabah saat 22:00-dək Hüseyn Cavid prospekti (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) hərəkət qismən məhdudlaşdırılır. Sabah saat 22:00-dan iyulun 6-sı, saat 07:00-dək isə bu yol tam bağlanacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Oxşar xəbərlər

AAYDA: Bakıda iki yolda asfalt örtüyü yenilənəcək
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq
Həftəsonu Bakıda iki küçə təmirə bağlanacaq
Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər