ABA: Kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb
Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin üzvü Rasim Xammədov Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, kriptoaktivlərə yalnız investisiya layihəsi və ya investisiya aləti kimi yanaşmaq düzgün deyil: "Dünyada formalaşan təcrübə göstərir ki, kriptoaktivlər daha geniş ekosistemin bir hissəsi kimi qiymətləndirilir, Azərbaycan da bu sahəyə məhz bu baxımdan yanaşır. Hazırda proses 3 əsas istiqamətdə inkişaf etdirilir. 1-ci istiqamət metodologiya və qanunvericilik bazasının formalaşdırılmasıdır. Bu gün məlum oldu ki, kriptoaktivlərlə bağlı əhəmiyyətli işlər görülüb, metodoloji hissə üzrə hazırlıqlar tamamlanıb. İlkin müzakirələr çərçivəsində təkliflər təqdim olunub, hazırda sənədlərin razılaşdırılması prosesi davam edir. 2-ci istiqamət istehlakçıların və istifadəçilərin hüquqlarının qorunması, çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) və kiber təhlükəsizlik risklərinin minimuma endirilməsidir. Bu sahələrdə etibarlı mühitin formalaşdırılması, inkişafın dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. 3-cü istiqamət investorların hüquqlarının qorunmasıdır. İstər xarici, istərsə də yerli investorların fəaliyyət göstərməsi üçün etibarlı və şəffaf bazar mühiti yaradılmalıdır. Bu bazarın mərhələli şəkildə inkişaf etdirilməsi vacibdir".
"Hazırda kriptoaktivlərə daha çox gələcəyin aləti kimi baxılır. Bununla yanaşı, bir sıra beynəlxalq şirkətlər və xarici tərəfdaşlarla çalışan təşkilatlar artıq bu sahədə praktiki fəaliyyət göstərirlər. Son dövrlərdə Qazaxıstan təcrübəsi də diqqət çəkir. Həmin ölkədə kriptoaktivlər təkcə investisiya aləti kimi deyil, həm də ödəniş vasitəsi kimi nəzərdən keçirilir və bu istiqamətdə işlər aparılır. Azərbaycan üçün də bu sahədə ciddi potensial mövcuddur. Digər ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi risklərin azaldılmasına kömək edə bilər. Vaxtilə elektron pul təşkilatları fəaliyyətə başlayarkən də bu alət riskli hesab olunurdu və onlardan istifadəyə ehtiyatla yanaşılırdı. Lakin bu gün elektron pul gündəlik maliyyə əməliyyatlarının ayrılmaz hissəsinə çevrilib və ənənəvi hesab və kart əməliyyatları ilə eyni funksiyanı yerinə yetirir. Kriptoaktivlərə münasibətdə də oxşar yanaşma müşahidə olunur. Hazırda bu alət müəyyən risklər daşısa da, gələcəkdə onun tətbiq imkanları daha da genişlənə bilər. Burada əsas məsələlər kiber təhlükəsizlik və çirkli pulların yuyulmasına qarşı mübarizə mexanizmlərinin gücləndirilməsidir. Bu istiqamətlər üzrə effektiv alətlərin tətbiqi gələcək inkişaf üçün mühüm rol oynaya bilər", - deyə ABA rəsmisi əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda elektron ticarətdə "ƏDV geri al" mexanizminin tətbiqi təklif olunur
IPCC sədri: Qısamüddətli iqlim dəyişdiriciləri üzrə metodologiya hesabatı hazırlanacaq
Dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb
"AzFina": Sahibkarların 1 %-dən də azı rəqəmsal ödənişlərdən istifadə edir
Agentlik sədri: Hazırda tibbi xidmətlərin xərclərini dəqiq müəyyən etməyə çalışırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
