Ötən ay 68 aptekdə yoxlama aparılıb, 10-da nöqsan aşkarlanıb
sizinxeber.az xəbər saytı

Ötən ay 68 aptekdə yoxlama aparılıb, 10-da nöqsan aşkarlanıb


2026-cı ilin iyun ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 56 planlı və 12 plandankənar olmaqla 68 aptekdə yoxlama aparılıb.

Bu barədə APA-ya AEM-dən məlumat verilib.

Yoxlamalardan 58-i Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 56-sı planlı, 12-si isə plandankənar olub.

Yoxlamaların nəticələrinə əsasən, 10 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı saxlanma şəraitinin tələblərinə əməl edilmədiyinə görə 11 adda, ümumilikdə 38 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb.

Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə 1, 452.3-cü maddəsi üzrə isə 9 inzibati protokol tərtib olunub.

Oxşar xəbərlər

Ötən ay 19 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
Ötən ay 44 aptekdə yoxlama aparılıb, 2-də nöqsan aşkarlanıb
Sentyabr ayında 27 aptekdə yoxlama aparılıb
Ötən ay 18 aptekdə yoxlama aparılıb, 3-də nöqsan aşkarlanıb
Ötən ay 48 aptekdə yoxlama keçirilib, 19-da nöqsanlar aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər