"SOCAR Trading" Afrika və Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanlarını nəzərdən keçirir
sizinxeber.az xəbər saytı

"SOCAR Trading" Afrika və Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanlarını nəzərdən keçirir


"SOCAR Trading" hazırda Afrika və Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanlarını öyrənir.

"Report" xəbər verir ki, bunu "SOCAR Trading"in Beynəlxalq biznesin inkişafı departamentinin rəhbəri Toğrul Köçərli Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) artıq iştirak etdiyi, lakin hələ ki, o qədər də fəal olmadığı Qara dənizin qərb sahili kimi bazarlarda böyük imkanlar mövcuddur: "Söhbət Rumıniya, Albaniya, Bolqarıstan və təbii ki, Yunanıstandan gedir. Rumıniyada biz yanacaqdoldurma məntəqələri şəbəkəsi ilə təmsil olunuruq. Terminallara gəlincə, Albaniyada şirkət qeydiyyatdan keçib və SOCAR bu ölkənin tarixində ilk dəfə Korça şəhərinə təbii qaz tədarükünə başlamaq üçün hazırda həmin şirkət vasitəsilə fəaliyyətini genişləndirir. Bu, həm də perspektivli inkişaf istiqamətlərindən biridir".

T.Köçərli vurğulayıb ki, hazırda komandasının əsas səyləri yeni bazarlarda cəmləşib: "Afrikaya, Cənub-Şərqi Asiyaya - Pakistan, Banqladeş, Hindistan kimi ölkələrə diqqət yetiririk. Bunlar bizdən bir qədər uzaqda yerləşən, lakin bununla belə maraqlı imkanlar təqdim edən nəhəng bazarlardır".

Oxşar xəbərlər

QDTİB "SOCAR Trading"ə əlavə 25 milyon dollar kredit ayırıb
"SOCAR Trading": Qlobal neft bazarı Hörmüz boğazındakı böhranın təsiri altındadır
SOCAR: Bakı-Supsa kəməri Qara dənizdəki NEZ-də neft emalı üçün strateji əhəmiyyətini qoruyur
SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb
Azərbaycan 15 ildə Vyetnama 2,55 milyard ABŞ dolları dəyərində neft tədarük edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər