"Qarabağ" yeni rekorda imza atıb
“Qarabağ” klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi səfərdə ən çox qol vuran komanda adına sahib çıxıb.
Bu, Misli Premyer Liqasının X turunda gerçəkləşib. Qurban Qurbanovun yetirmələri rəqib meydanında “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada vurulan 3-cü qol “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu olub. Bu topa Leandro Andrade imza atıb. Bununla da Ağdam təmsilçisi 647 səfər qoluna sevinən “Neftçi”nin rekordunu keçib.
“Kəpəz”lə Tovuzdakı görüşdə vurulan sonuncu top isə klub tarixinə çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb. Yubiley topuna Aleksey Kaşuk imza atıb.
Qeyd edək ki, “Qarabağ” 650 qol vurduğu səfərdə 461 oyun keçirib.
Oxşar xəbərlər
"Ludoqorets"i səfərdə böyük hesabla məğlub edən "Qarabağ" rekorda imza atıb
ABŞ klubu rekorda imza atıb
“Arsenal”ın futbolçusu yeni rekorda imza atıb
"Bavariya" böyük hesabla qələbə qazandığı oyunda rekorda imza atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
