Ursula fon der Lyayenin Azərbaycana səfəri Aİ ilə münasibətlərdə yeni mərhələnin başlanğıcıdır - RƏY
sizinxeber.az xəbər saytı

Ursula fon der Lyayenin Azərbaycana səfəri Aİ ilə münasibətlərdə yeni mərhələnin başlanğıcıdır - RƏY


Ursula fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bunu "Sizinxeber.az"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, bundan əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kostanın Bakıya səfəri ilə başlayan yüksək səviyyəli siyasi dialoq Ursula fon der Lyayenin səfəri ilə daha da möhkəmlənərək münasibətlərin strateji tərəfdaşlıq məzmununu bir daha təsdiqlədi.

"Ursula fon der Lyayenin Azərbaycanı strateji tərəfdaş adlandırması, ölkəmizin regionda lider rolunu, sülh gündəliyinin əsas memarlarından biri olduğunu və Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulaması Avropa İttifaqının Azərbaycana baxışında formalaşmış siyasi yanaşmanın göstəricisidir. Bu yanaşma Azərbaycanın Cənubi Qafqazda sabitliyi təmin edən, mürəkkəb geosiyasi şəraitdə etibarlı tərəfdaş kimi çıxış edən dövlət statusunun rəsmi Brüssel tərəfindən yüksək qiymətləndirildiyini nümayiş etdirir", - o deyib.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti ilk növbədə enerji təhlükəsizliyi və nəqliyyat-logistika imkanları ilə bağlıdır:

"Xüsusilə 2022-ci ildə Avropanın enerji böhranı ilə üzləşdiyi dövrdə Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edərək Avropa bazarına təbii qaz ixracını qısa müddətdə təxminən 65 % artırdı və üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında yerinə yetirdi. Bu gün isə əməkdaşlıq yalnız ənənəvi enerji ilə məhdudlaşmır. Yaşıl enerji sahəsində tərəfdaşlıq, Qara dəniz vasitəsilə yaşıl enerji dəhlizinin inkişafı, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji potensialının Avropaya çatdırılması istiqamətində əməkdaşlıq yeni strateji məzmun qazanır".

Onun fikrincə, bütövlükdə, Avropa İttifaqı ilə münasibətlərdə müşahidə olunan bu yeni dinamika Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursunun növbəti uğurlu nəticəsi kimi qiymətləndirilə bilər:

"Bu gün Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri və Avropa İttifaqı ilə strateji xarakter daşıyan əlaqələri ölkəmizin dünyanın əsas güc mərkəzləri ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelini təqdim etdiyini göstərir. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin Azərbaycanın beynəlxalq nüfuzunu, geosiyasi əhəmiyyətini və qlobal tərəfdaşlıq imkanlarını ardıcıl şəkildə, günü-gündən gücləndirdiyini bir daha təsdiqləyir".

Oxşar xəbərlər

Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb
Pinyo: Ursula fon der Lyayenin Cənubi Qafqaza səfəri sülh prosesi və regional əlaqəliliyə yönəlib
Prezidentin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
"Euronews": Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur
"Haber Global" İlham Əliyevlə Ursula Fon der Lyayenin görüşü barədə süjet hazırlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər