Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması uzunmüddətli prosesin nəticəsidir
Azərbaycanın orta güc statusuna malik olması uzunmüddətli prosesin nəticəsidir. Bu, 30 ilə yaxın dövrü əhatə edən bir inkişaf yoludur.
Sizinxeber.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatında deyib.
Fərid Şəfiyev bildirib ki, son 30 il ərzində Azərbaycanın iqtisadi gücü əhəmiyyətli dərəcədə artıb və ölkə beynəlxalq arenada mövqeyini möhkəmləndirib. Onun sözlərinə görə, Azərbaycan BMT-yə nisbətən yaxın tarixdə üzv olsa da, beynəlxalq təhlükəsizliyə töhfə vermək istiqamətində daim fəal mövqe nümayiş etdirib.
O qeyd edib ki, Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfə verməsi siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu kurs bu gün də uğurla davam etdirilir.
BMTM sədri əlavə edib ki, təqdim olunan araşdırma ali təhsil müəssisələrində, eləcə də digər sahələrdə elmi və praktiki mənbə kimi istifadə olunacaq.
Oxşar xəbərlər
Fərid Şəfiyev: Azərbaycanın müdafiəsi və təhlükəsizliyinin əsasında ordu dayanır
BMTM-də Fransa müstəmləkələrindən olan jurnalistlərlə görüş keçirilib
BMTM: Fransa-Azərbaycan münasibətlərinin səviyyəsinin yüksəldilməsi hər iki xalqın marağındadır
Fərid Şəfiyev: Azərbaycan və Türkiyə arasında hər hansı problem yoxdur
Fərid Şəfiyev: İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
