Qurban Qurbanov "Qarabağ"ı Azərbaycan çempionatında 500-cü oyuna çıxarıb
sizinxeber.az xəbər saytı

Qurban Qurbanov "Qarabağ"ı Azərbaycan çempionatında 500-cü oyuna çıxarıb


“Qarabağ” Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə 500-cü çempionat oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XI turuna təsadüf edib.

Ağdam klubu yubiley görüşündə “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.

17-ci mövsümdür “Qarabağ”da işləyən Qurbanovun debütü 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər görüşünə təsadüf edib.

Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu onun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.

Qeyd edək ki, Qurban Qurbanov ölkə çempionatı tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir.

Oxşar xəbərlər

Qurban Qurbanov Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov "Qarabağ"da baş məşqçi kimi 400-cü qələbəsini qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" yeni rekorda imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Turan Tovuz" Premyer Liqada yubiley qələbəsini əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər