Orxan Məmmədov: "KOB-lar üçün beynəlxalq standartlara uyğunlaşma prioritetdir"
Azərbaycandakı kiçik və orta biznes (KOB) subyketləri üçün beynəlxalq standartlara uyğunlaşma prioritetdir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.
Onun sözlərinə görə, biznes üçün digər mühüm çağırış ixrac hazırlığıdır: "Azərbaycan məhsullarının xarici bazarlarda uğur qazanmaq üçün böyük potensiala malik olduğunu bilirik. Lakin bir çox KOB beynəlxalq bazarlara çıxış və xüsusilə beynəlxalq standartlara uyğunlaşma baxımından hələ də dəstəyə ehtiyac duyur. Buraya sertifikatlaşdırma, güclü brendlərin formalaşdırılması, qablaşdırmanın təkmilləşdirilməsi və yeni bazarlara çıxış daxildir. Hazırda ən mühüm istiqamətlərdən biri də rəqəmsal transformasiya və "yaşıl keçid"dir. KOB-lar qlobal bazarlarda rəqabətqabiliyyətini qorumaq üçün öz bizneslərini rəqəmsal texnologiyalara daha sürətlə uyğunlaşdırmalı, enerji səmərəliliyini artırmalı və davamlı biznes təcrübələrini tətbiq etməlidirlər".
O.Məmmədov vurğulayıb ki, Azərbaycan təkcə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün deyil, ümumilikdə bütün biznes sahələri üçün dəstəkləyici mexanizmlərin yaradılması istiqamətində mühüm irəliləyiş əldə edib: "Həyata keçirilən hərtərəfli hökumət islahatları nəticəsində KOBİA, AZPROMO, KOBİA-nın nəzdində fəaliyyət göstərən KOB inkişaf mərkəzləri, KOB evləri, eləcə də AZPROMO-nun ixracın təşviqi proqramları ölkədə biznes mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, KOB-ların və ümumilikdə biznesin potensialını gücləndirib".
Oxşar xəbərlər
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
Orxan Məmmədov: "KOB-ların inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır"
Orxan Məmmədov: "Azərbaycan KOB-ların rəqabət qabiliyyətini artırır"
KOBİA "yaşıl iqtisadiyyat"a və iqlim dəyişikliyi ilə mübarizəyə dair qlobal təşəbbüslə çıxış edib
Orxan Məmmədov: "Azərbaycan regional və qlobal halal bazarlar arasında əlaqələndirici həlqəyə çevrilmək niyyətindədir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
