MN-in şöbə rəisi: Sülhməramlı əməliyyatlarda iştirak Azərbaycan Ordusunun döyüş qabiliyyətini artırıb
sizinxeber.az xəbər saytı

MN-in şöbə rəisi: Sülhməramlı əməliyyatlarda iştirak Azərbaycan Ordusunun döyüş qabiliyyətini artırıb


​Sülhməramlı əməliyyatlarda iştirak Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və hazırlığının, peşəkarlığının artmasına töhfə verib.

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi polkovnik Abdulla Abdullayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və nazirliyin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat"ın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanın sülhməramlı missiyasının yaradılması çətin dövrə təsadüf edib.

A.Abdullayev bildirib ki, Azərbaycan Ordusunun sülhməramlı kontingentinin qarşısında müəyyən tapşırıqlar var: "Bu tapşırıqlar hərbçilərin çətin şərait və vəziyyətlərdə həyatda qalmaq və vətənlərinə sağ-salamat geri dönmək üçün zəruri olan qabiliyyət və bacarıqların aşılanması yönündədir.

​Azərbaycan Ordusunun hərbi sahədə əməkdaşlığı genişləndikcə, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların sülhməramlıların hazırlığı sahəsində təcrübələrinin öyrənilməsi üçün də yeni imkanlar açılıb. Azərbaycan Ordusu bu imkanlardan səmərəli şəkildə istifadə edib".

O deyib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları yalnız yüksək peşəkarlığa malik deyil, həm də müxtəlif mədəniyyətlərin və millətlərin təmsil olunduğu mühitlərdə, eləcə də mürəkkəb və dəyişkən əməliyyat şəraitlərində tərəfdaş ölkələrin şəxsi heyəti ilə vahid komanda kimi fəaliyyət göstərmək bacarığına sahibdirlər: "Bu amillər sülhməramlı əməliyyatların vacib xüsusiyyətlərindəndir".

Oxşar xəbərlər

Elçin Abdullayev: Azərbaycan Ordusu beynəlxalq sülhə, sabitliyə uzun illərdir töhfə verir
Gülşən Paşayeva: Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən ölkələrdən biridir
Zakir Həsənov: Azərbaycan BMT və NATO əməliyyatlarında iştirak perspektivlərini araşdırır
Fərid Şəfiyev: Azərbaycanın müdafiəsi və təhlükəsizliyinin əsasında ordu dayanır
İdarə rəisi: Azərbaycan Ordusu beynəlxalq sülhün təmin olunmasına mühüm töhfələr verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər