Orxan Məmmədov: "KOB-ların inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır"
Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.
Onun sözlərinə görə, bu yanaşma KOB-ların dəstəklənməsinə, eləcə də onların ixrac imkanlarının genişləndirilməsinə xidmət edir: "Hesab edirik ki, bunun üçün təkcə maliyyəyə və kreditə çıxışın artırılması kifayət deyil. KOB-ların böyüməsi və beynəlxalq bazarlara çıxışı üçün biznesin inkişafının bütün mərhələlərini əhatə edən maliyyə ekosistemi formalaşdırılmalıdır. Birincisi, bu sahədə fəaliyyət göstərən qurumlar risklərin bölüşdürülməsi alətlərini genişləndirməlidir. Kredit zəmanətləri və portfel zəmanət sxemləri kimi mexanizmlər KOB-ların üzləşdiyi çətinliklərin aradan qaldırılmasına kömək edə bilər. Bu alətlər kommersiya banklarının risk yükünü azaltdığı üçün onların KOS-lara daha çox kredit ayırmasını təşviq edir".
O.Məmmədov qeyd edib ki, ticarətin maliyyələşdirilməsi də mühüm əhəmiyyət daşıyır: "İxrac kreditləri, faktorinq, tədarük zəncirinin maliyyələşdirilməsi və ixrac sığortası KOB-lara pul axınlarını daha səmərəli idarə etməyə, ödəniş risklərini azaltmağa və beynəlxalq bazarlarda daha inamla rəqabət aparmağa imkan verir. Üçüncüsü, qarışıq maliyyələşdirmə, xüsusilə mikro və kiçik bizneslər üçün mühüm imkanlar yaradır. İnkişaf banklarının, dövlət qurumlarının, özəl maliyyə institutlarının və biznes assosiasiyalarının resurslarını birləşdirməklə həm maliyyələşmə xərclərini azaltmaq, həm də daha çox investisiya cəlb etmək mümkündür. Bu, xüsusilə innovasiya, rəqəmsallaşma və "yaşıl" texnologiyalara yatırım edən sahibkarlar üçün böyük əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Orxan Məmmədov: "KOB-lar üçün beynəlxalq standartlara uyğunlaşma prioritetdir"
Orxan Məmmədov: "Azərbaycan KOB-ların rəqabət qabiliyyətini artırır"
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
Orxan Məmmədov: "KOB-ların "yaşıl transformasiyası" vacib məsələdir"
Orxan Məmmədov: “Biznesin maliyyə əlçatanlığı qlobal bir çağırış olaraq qalmaqdadır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
