Gülşən Paşayeva: Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən ölkələrdən biridir
sizinxeber.az xəbər saytı

Gülşən Paşayeva: Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən ölkələrdən biridir


Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən ölkələrdən biridir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Gülşən Paşayeva Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat"ın təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycanın sülhməramlı missiyalarda iştirakı beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı, Azərbaycan Ordusunun peşəkar potensialının inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir:

"​Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlar sahəsində təcrübəsi var. Sülhməramlı əməliyyat yalnız hərbi fəaliyyətlə məhdudlaşmır. Müasir sülhməramlı əməliyyatlar siyasi, hüquqi, humanitar və təhlükəsizlik komponentlərini özündə birləşdirən çoxşaxəli fəaliyyət sistemidir".

G.Paşayeva bildirib ki, hazırda 121 ölkədə 65 mindən artıq BMT sülhməramlısı iştirak edir.

Oxşar xəbərlər

MN-in şöbə rəisi: Sülhməramlı əməliyyatlarda iştirak Azərbaycan Ordusunun döyüş qabiliyyətini artırıb
Zakir Həsənov: Azərbaycan BMT və NATO əməliyyatlarında iştirak perspektivlərini araşdırır
Elçin Abdullayev: Azərbaycan Ordusu beynəlxalq sülhə, sabitliyə uzun illərdir töhfə verir
Fərid Şəfiyev: Azərbaycanın müdafiəsi və təhlükəsizliyinin əsasında ordu dayanır
Ermənistan-Amerika birgə hərbi təlimləri avqustun 12-də başlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər