“Kəpəz” son 12 mövsümdə ilk dəfə ardıcıl iki ev matçında 3 və daha çox qol vurub
“Kəpəz” son 12 mövsümdə ilk dəfə evdə keçirdiyi ardıcıl iki matçda qonaqların qapısına minimum üç qol vurub.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi buna Misli Premyer Liqasının XXI turunda evdə "Sabah"ı 3:2 hesabı ilə məğlub etməklə nail olub.
"Sarı-göylər" XIX turda "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəlib. Qərblilər sonuncu dəfə 2011/2012 mövsümündə belə göstəriciyə imza atıb. Gəncə təmsilçisi 2012-ci ilin martında “Qəbələ”ni 3:2, “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Kəpəz”in evdə ardıcıl üç və ya daha çox top vurduğu oyunların sayındakı rekordu 7 matçdan ibarətdir. Bu seriya 1997-1998-ci illərdə qeydə alınıb.
Oxşar xəbərlər
"Turan Tovuz" tarixində ilk dəfə Premyer Liqa matçında 4-dən çox top buraxıb
"Turan Tovuz" Premyer Liqa tarixində ilk dəfə səfərdə 4 qol vurub
"Turan Tovuz" Premyer Liqadakı rekordu təkrarlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
