Paralimpiya çempionu İmaməddin Xəlilov şəhid övladlarına "ustad dərsi" keçib
sizinxeber.az xəbər saytı

Paralimpiya çempionu İmaməddin Xəlilov şəhid övladlarına "ustad dərsi" keçib


Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov şəhid övladlarına "ustad dərsi" keçib.

"Sizinxeber.az" Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, taekvondoçu şəhid övladları üçün təşkil olunan 5-ci "YAŞAT" düşərgəsinin qonağı olub.

Düşərgə çərçivəsində keçirilən "ustad dərsi"ndə İ.Xəlilov iştirakçılarla səmimi görüş keçirərək idman yolunda qazandığı təcrübəni və uğur hekayəsini onlarla bölüşüb. Paralimpiya çempionu çıxışı zamanı əzmkarlığın, intizamın, zəhmətin və özünəinamın uğurun əsas təməl prinsipləri olduğunu vurğulayıb, qarşıya qoyulan məqsədlərə çatmaq üçün daim çalışmanın vacibliyindən danışıb.

"Ustad dərsi" zamanı iştirakçılar parataekvondo haqqında ətraflı məlumat əldə edib, bu idman növünün əsas texnikaları və məşq prosesi ilə yaxından tanış olublar. Eyni zamanda, çempionun rəhbərliyi ilə keçirilən praktiki məşğələlər uşaqlarda böyük maraq və motivasiya yaradıb, onlara həm idman bacarıqlarını inkişaf etdirmək, həm də sağlam həyat tərzinin əhəmiyyətini daha yaxından mənimsəmək imkanı qazandırıb.

Uşaqlarda idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və gələcək uğurlara inamın gücləndirilməsi baxımından yaddaqalan olan görüşün sonunda iştirakçılar İ.Xəlilovla xatirə şəkilləri çəkdirib, onları maraqlandıran suallara cavab alıblar.

Oxşar xəbərlər

Azərbaycanın paralimpiya çempionu yeniyetmələrə "ustad dərsi" keçəcək
Milli Gimnastika Arenasında "ustad dərsi" keçiriləcək
Azərbaycanlı məşqçi Gürcüstanda "ustad dərsi" keçəcək
Avropa və dünya mükafatçısı Milli Gimnastika Arenasında "ustad dərsi" keçəcək
Azərbaycan parataekvondoçusu: Ən böyük hədəfim ikiqat Paralimpiya çempionu olmaqdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər