Azad edilmiş ərazilərə köçürülmüş xırdabuynuzlu heyvan və arı ailəsinin sayı açıqlanıb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 250 minə yaxın başdan çox xırdabuynuzlu heyvan və 185 mindən çox arı ailəsi köçürülüb.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən mlumat verilib.
Bildirilib ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə 832 fermerə (təsərrüfata) məxsus 249 919 baş xırdabuynuzlu, 8 516 baş iribuynuzlu heyvanın və 4 133 fermerə (təsərrüfata) məxsus 185 207 arı ailəsinin müəyyən edilmiş dislokasiya üzrə köçürülməsi həyata keçirilib. Onlardan Kəlbəcər rayonu ərazisinə 582 fermerə (təsərrüfata) məxsus 160 007 baş xırdabuynuzlu, 4 626 baş iribuynuzlu heyvan, 3396 fermerə (təsərrüfata) məxsus 148 308 arı ailəsi, Laçın rayonu ərazisinə 250 fermerə (təsərrüfata) məxsus 89 912 baş xırdabuynuzlu, 3 890 baş iribuynuzlu heyvan, 495 fermerə (təsərrüfata) məxsus 25 116 arı ailəsi köçürülüb.
Eyni zamanda, Qubadlı rayonu ərazisinə 135 fermerə məxsus 6 394, Füzuli rayonu ərazisinə 31 fermerə məxsus 1 551, Xocavənd rayonu ərazisinə 26 fermerə məxsus 1567, Cəbrayıl rayonu ərazisinə 36 fermerə məxsus 1 554 və Zəngilan rayonu ərazisinə 14 fermerə məxsus 717 arı ailəsi köçürülüb.
Xatırladaq ki, hər il işğaldan azad edilmiş ərazilərə heyvandarlıq və arıçılıq təsərrüfatlarının mövsümi köçü həyata keçirilir. 2026-cı ildə də "Xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi" xidmətinə dair reqlamentə uyğun olaraq köç prosesi təşkil edilib. Bu ərazilərə köçürüləcək təsərrüfatların təhlükəsizliyinin təmin edilməsi, köçürülmə vaxtı, eləcə də istifadəyə və icarəyə veriləcək örüş, otlaq və biçənək sahələrinin yerləşməsi (dislokasiyası) barədə ictimaiyyətə əvvəlcədən məlumat verilib, həmçinin müvafiq maarifləndirmə tədbirləri həyata keçirilib. Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) təlimlər təşkil olunub. Bu məqsədlə ANAMA tərəfindən təlim keçmiş DAİM əməkdaşları tərəfindən fermerlərə təhlükəsizlik qaydaları, riskli ərazilərdə davranış prinsipləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, fiziki və hüquqi şəxslərin işğaldan azad edilmiş ərazilərə mövsümi köçü reqlamentə uyğun olaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yaradılmış "Köç" altmodulu vasitəsilə həyata keçirilib. 2026-cı il yaylaq mövsümündə arıçılıq təsərrüfatları Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatları isə Laçın və Kəlbəcər rayonlarının yaylaqlarına köçürülüb.
Oxşar xəbərlər
Nazir müavini: "Qarabağda yeni dəstək mexanizmlərinin formalaşdırılması qarşıya məqsəd qoyulub"
Samuxda çox sayda xırdabuynuzlu heyvan oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb
Ağstafada canavarlar fermaya girərək 27 qoyunu parçalayıb
Ağstafada canavarlar fermaya girərək 27 qoyunu parçalayıb - FOTO
Azərbaycanda ötən il AFAQ layihəsi çərçivəsində 378 qadın fermer təlim keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
