Osman Mert: Türk dövlətlərinin ortaq dil qurumunun yaradılmasına ehtiyac var
Türk dövlətlərinin ortaq dil qurumunun yaradılmasına ehtiyac var.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türk Dil Qurumunun prezidenti Osman Mert Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dillərinin inkişaf dinamikası: tarixi və filoloji baxış" adlı konfransda deyib.
Onun sözlərinə görə, bu gün müasir texnologiya elə bir səviyyəyə çatıb ki, 100 il öncə Birinci Türkoloji Qurultay zamanı xəyal edilən bir çox məsələ artıq reallaşa bilər:
"Güclü Türk dünyasının yolu ortaq dildən, ortaq mədəniyyətdən və ortaq türkoloji anlayışdan keçir. Bu mənada, Türk dünyasının gələcəyi üçün keçmişdən yola çıxaraq gələcəyə addım atmaq mütləqdir".
O.Mert Türkiyədə yaradılan süni intellekt texnologiyasını misal çəkərək biıdirib ki, bu cür texnoloji avadanlıqlardan istifafə edilməlidir.
"Hazırda bizim süni intellekt texnologiyası 95 faiz dəqiqlikdə osmanlı mətnlərini oxuya bilir. Biz bunu yaxın zamanlarda 98 faizə çatdıracağımızı düşünürük".
Oxşar xəbərlər
Türk Dil Qurumunun sədri: Süni intellekt vasitəsilə ortaq türkcə proqramı yaradılır
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
Sultan Raev: Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-nun Parisdəki qərargahında qeyd olunacaq
Aktotı Raimkulova: Birinci Türkoloji Qurultayın 100 illiyi Türk dövlətlərini ortaq tarix ətrafında birləşdirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
