Yusif Abdullayev: "Azərbaycanın qeyri-neft ixracı son 10 ildə iki dəfə artıb"
Azərbaycanın qeyri-neft ixracı son 10 ildə iki dəfə artıb.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.
Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft və qaz ixracı 10 il əvvəllə müqayisədə iki dəfə artıb: "Hesab edirəm ki, bu, biznes ictimaiyyəti üçün inkişafın göstəricisi olan çox yaxşı meyar və göstəricidir. Lakin, əlbəttə ki, biznesin böyüməsi ilə bağlı hələ də çağırışlar qalır. Bu, həll etməli olduğumuz mühüm məsələlərdən biridir. Amma qeyd etdiyim kimi, hökumət bunun üçün çoxsaylı dəstək alətləri təqdim edir."
O qeyd edib ki, bu gün Azərbaycan Biznesinin İnkişafı Fondu şirkətlərin xarici bazarlara çıxışına dəstək göstərən çox vacib qurumlardan biridir: "Maliyyə və dövlət qurumları Azərbaycan biznesinin xarici bazarlarda təşviqinə ciddi dəstək verirlər. Düşünürəm ki, bununla bağlı kifayət qədər uğurlu nümunələrimiz var. Əlbəttə ki, Azərbaycan Dövlət Neft Şirkəti qlobal miqyasda əsas və mühüm oyunçulardan biridir. Bununla yanaşı, digər Azərbaycan şirkətləri də xarici bazarlarda uğurla fəaliyyət göstərirlər".
Oxşar xəbərlər
Yusif Abdullayev: "Azərbaycan sabit iqtisadi model formalaşdırmağa nail olub"
Orxan Məmmədov: "KOB-lar üçün beynəlxalq standartlara uyğunlaşma prioritetdir"
Tural Hacılı: "Zərgərlik məhsullarının ixracı 47 % artıb"
Yusif Abdullayev: "Azərbaycan çağırışlara baxmayaraq investorlar üçün əlverişli mühit formalaşdırıb"
AZPROMO: TDT ölkələri ixracı və qarşılıqlı investisiyaları artırmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
