"Sabah"ın sabiq baş məşqçisi iki oyunluq cəzalandırılıb
"Sabah"ın sabiq baş məşqçisi, hazırda Rusiya Premyer Liqası təmsilçisi "Krasnodar"ı çalışdıran Murad Musayev biri şərti olmaqla iki oyunluq cəzalandırılıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə qərar Rusiya Futbol İttifaqının İntizam Komitəsi tərəfindən qəbul edilib.
Cəzalandırılmaya səbəb mütəxəssisin XVIII turda "Lokomotiv"lə (0:0) oyundakı davranışı olub. Matça əlavə olunmuş dəqiqələrdə M.Musayevə hakimin qərarı ilə nümayişkəranə şəkildə razılaşmadığına görə xəbərdarlıq edilib. Daha sonra o, köməkçi hakimə nalayiq ifadələr işlətdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan qovulub.
Qeyd edək ki, "Krasnodar" hazırda 39 xalla turnir cədvəlinə başçılıq edir. Komanda 2025-ci il martın 2-də "Krılya Sovetov"la qarşılaşacaq. 40 yaşlı rusiyalı mütəxəssis 2021-2024-cü illərdə "Sabah"ı çalışdırıb.
Oxşar xəbərlər
Azərbaycan klubunun sabiq baş məşqçisi sentyabrın ən yaxşısı seçilib
"Sabah"ın sabiq baş məşqçisi ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçilib
"Sabah" klubunun inzibatçısı 6 oyunluq cəzalandırılıb
Azərbaycan klubunun baş məşqçisi 5 oyunluq cəzalandırılıb
MOİK-in məşqçisi 5 oyunluq cəzalandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
