Zakir Nuriyev: "Türk dövlətləri hesablaşmalar sahəsində əməkdaşlığı genişlənidirir"
sizinxeber.az xəbər saytı

Zakir Nuriyev: "Türk dövlətləri hesablaşmalar sahəsində əməkdaşlığı genişlənidirir"


Türk dövlətləri arasında maliyyə texnologiyaları və hesablaşmalar sahəsində əməkdaşlıq genişlənir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət heyətinin sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, ilin əvvəlində keçirilən görüşlər daha çox maliyyə texnologiyalarının inkişafına, ikinci yarıda keçirilən müzakirələr isə ödəniş sistemlərinin təkmilləşdirilməsinə həsr olunur: "Budəfəki toplantının əsas məqsədi Türkdilli dövlətlər arasında hesablaşmalar və maliyyə texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsi, əldə olunmuş təcrübələrin mübadiləsi və hər bir ölkədə qazanılan nailiyyətlərin geniş auditoriya ilə bölüşülməsidir. Eyni zamanda qarşıdakı dövr üçün birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi də əsas prioritetlər sırasındadır. Əldə etdiyimiz nailiyyətlər və rəqəmsal texnologiyaların tətbiqi sahəsində qazandığımız uğurlar artıq real nəticələrə çevrilməkdədir. Bu proses biznesin daha sürətli və keyfiyyətli inkişafına, həmçinin ümumi iqtisadi artıma mühüm töhfə verir".

O qeyd edib ki, ilin əvvəlindən "interchange" xidmətləri üzrə komissiya faizlərinin azaldılması həyata keçirilib: "Qarşıdakı dövrdə Ani Ödənişlər Sisteminin və QR kod texnologiyalarının geniş tətbiqi isə həm təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, həm də göstərilən xidmətlərin maya dəyərinin azaldılmasına mühüm töhfə verəcək".

Oxşar xəbərlər

Zakir Nuriyev: "Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi Qrupları yaradılmalıdır"
ABA: Türk dövlətlərində rəqəmsal ödəniş inteqrasiyası üçün yeni imkanlar genişlənir
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
Zakir Nuriyev: "Banklar "yaşıl kredit" və digər iqlim maliyyə alətləri təqdim etməlidir"
ABA: "Rəqəmsal transformasiya Türk dövlətlərinin maliyyə inteqrasiyasını gücləndirir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər