Vüsal Xəlilov: "Mərkəzi Bankda fırıldaqçılığa qarşı mübarizə gücləndirilir"
Vüsal Xəlilov: "Mərkəzi Bankda fırıldaqçılığa qarşı mübarizə gücləndirilir"
Mərkəzi Bankda fırıldaqçılığa qarşı mübarizə gücləndirilir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank daxilində həm kibercinayətkarlıq və informasiya təhlükəsizliyi üzrə müvafiq departament, həm də anti-fraud mərkəzi fəaliyyət göstərir: "İlin sonunadək müvafiq qaydaların tətbiqi nəzərdə tutulur. Eyni zamanda, sektor üzrə limitlərin tətbiqi və risk əsaslı nəzarət çərçivəsində dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır. Digər qurumlarla aparılan effektiv əməkdaşlıq nəticəsində artıq bir sıra mühüm nailiyyətlər əldə olunub".
V. Xəlilov qeyd edib ki, bu baxımdan əhalinin maarifləndirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib: "Bununla bağlı assosiasiyalarla davamlı iş aparılır və məhz bu istiqamət dələduzluğa qarşı mübarizədə ən təsirli alətlərdən biri hesab olunur".
