Sankt-Peterburqda hərbi zavodun yaxınlığında böyük yanğın baş verib, 4 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Sankt-Peterburqda hərbi zavodun yaxınlığında böyük yanğın baş verib, 4 nəfər ölüb


Sankt-Peterburqda "Arsenal" zavodunun yaxınlığında anqarda böyük yanğın baş verib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində dörd nəfər ölüb.

Bildirilib ki, Mineralnaya küçəsindəki anqarda 8 iyun axşamı başlayan yanğın təxminən 1500 kvadrat metr sahəni əhatə edib. Yanğın 24 saat ərzində söndürülüb.

Stansiyadakı Oktyabr Dəmir Yolu infrastrukturuna ziyan dəyib. Çökmüş hasarın altında iki nəfərin, anqarda isə daha iki nəfərin meyiti tapılıb.

İki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, yanğın aseton partlayışı nəticəsində baş verib. Rusiya İstintaq Komitəsi təhlükəsizlik qaydalarının pozulması (Cinayət Məcəlləsinin 216-cı maddəsi) maddəsi ilə cinayət işi açıb.

Oxşar xəbərlər

Sankt-Peterburqda yanğın baş verib, 4 nəfər ölüb
Sankt-Peterburqda yanğında dörd nəfər ölüb
Parisdə hava limanı yaxınlığında güclü yanğın baş verib
Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb
Rusiyada yeniyetmə dörd həmyaşıdını bıçaqlayaraq öldürüb, daha sonra yanğında həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər