Azərbaycan klubunun baş məşqçisi 5 oyunluq cəzalandırılıb
Azərbaycanın II Liqasında çıxış edən “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov 5 oyunluq cəzalandırılıb.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Cəzaya onun II Liqanın IX turunda “Füzuli”yə qarşı görüşün 43-cü dəqiqəsində baş hakimi təhqir etməsi səbəb olub. Üstəlik, onun bu hərəkətinə görə klubu 400 manat cərimələnib.
AFFA “Səbail”in U-17 komandasının futbolçusu Əli Quliyevi də 3 oyunluq cəzalandırıb. Buna futbolçunun noyabrın 5-də baş tutan “Sabah”la matçın 87-ci dəqiqəsində rəqibi təhqir etməsi və qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.
Sözügedən matçda “Sabah”ın futbolçusu Akif Allahverdiyev eyni səbəbdən qırmızı vərəqə gördüyünə görə cəzalandırılıb. Lakin A.Allahverdiyev rəqibindən fərqli olaraq 4 oyunluq diskvalifikasiya olunub.
Oxşar xəbərlər
"Ağdaş" klubunun futbolçusu 4 oyunluq cəzalandırılıb
MOİK-in məşqçisi 5 oyunluq cəzalandırılıb
Azərbaycan klubunun rəsmisi 5 oyunluq cəzalandırılıb
"Sabah" klubunun inzibatçısı 6 oyunluq cəzalandırılıb
AFFA hakimləri təhqir edən məşqçiləri cəzalandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
