Norveç klubunun baş məşqçisi: "Qarabağ"la oyun asan olmayacaq"
Asan oyun olmayacaq.
"Report" xəbər verir ki, bunu "Budyo Qlimt" komandasının baş məşqçisi Hyetil Knutsen Norveçdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis rəqibi təhlil etdiklərini bildirib:
"Onlar turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar. Buna fikir verməməli və sabahkı görüşdə hər şeyə hazır olmalıyıq. Avrokuboklarda hər görüş çətin keçir. "Qarabağ"ın da güclü və zəif tərəfləri var".
Baş məşqçi Azərbaycan çempionunun ötən tur Bakıda Niderland təmsilçisi "Ayaks"a uduzmasını (0:3) xatırlayıb:
"11 nəfərlə çox yaxşı mübarizə aparırdılar. "Qarabağ" azlıqda qaldıqdan sonra məğlub oldu".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: “Budyo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyununun hakimləri bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Ayaks"ın baş məşqçisi: "Qarabağ" çox güclü komandadır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Liqası: "Qalatasaray" bu gün "Qarabağ"ın rəqibi ilə üz-üzə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Liqası: "Qalatasaray" "Qarabağ"ın rəqibinə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












