"Ayaks"ın baş məşqçisi: "Qarabağ" çox güclü komandadır"
sizinxeber.az xəbər saytı

"Ayaks"ın baş məşqçisi: "Qarabağ" çox güclü komandadır"


"Qarabağ" çox güclü komandadır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Niderlandın "Ayaks" komandasının baş məşqçisi Françesko Farioli Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.

O, sabah çətin oyuna çıxacaqlarını bildirib:

"Zədəli futbolçularımız var. "Qarabağ" çox güclü komandadır. Onlar barədə bir çox məlumatlar əldə etmişik. Oyundan əvvəl təbii ki, rəqibi araşdırmışıq. Proqnoz vermək çətindir. Bizim işimiz rəqibi düzgün analiz edib, onların zəif tərəflərini müəyyənləşdirməkdi. Hədəfimiz təbii ki, ən yaxşı nəticəni qazanmaq olacaq".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Oxşar xəbərlər

"Ayaks"ın futbolçusu: "Qarabağ" taktiki və texniki cəhətdən yüksək formadadır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın legioneri: "Motivasiyamız yüksəkdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Ayaks"la matç çox vacibdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Malmö"nün baş məşqçisi: "Qarabağ" güclü komandadır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Malmö"nün baş məşqçisi: "Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər