UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyununun hakimləri bəlli olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
noy
2024
13:30

UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyununun hakimləri bəlli olub

05 noy, 2024
13:30
700

UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Norveçdə yerli "Budyo Qlimt" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin oyununun təyinatları bəlli olub.

"Sizinxeber.az"un məlumatına görə, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı FIFA referisi Luiş Qodinyo idarə edəcək. Ona Ruy Teyşeyra və Pedru Almeyda kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Andre Nartsisu yerinə yetirəcək. VAR-da Hüqo Migel, AVAR-da Fabio Oliveyra Melo əyləşəcəklər.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Bizimlə əlaqə saxlayın