Emin Mahmudov kapitanlıqla bağlı paylaşım edib
"Neftçi"nin futbolçusu Emin Mahmudov şəxsi "Instagram" profilində paylaşım edib.
Apasport.az xəbər verir ki, millimizin üzvü kapitanlıq sarğısının alınması barədə fikirlərini bildirib.
"Bildiyiniz kimi, mən artıq “Neftçi”nin kapitanı deyiləm. 6 il ərzində “Neftçi”nin kapitanı olmuşam və bununla qürur duyuram. Bu müddətdə çətin anlar da oldu, kədərli də. Amma sevincli günlər də az deyildi. Düzdür, oyunumda eniş-yoxuşlar oldu. Amma həmişə komandaya kömək etmək üçün bacardığım qədər çalışdım. Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman böyük dəstək gördüm. Buna görə də hər birinizə təşəkkür edirəm", - Mahmudov qeyd edib.
Qeyd edək ki, "Neftçi"nin kapitanlıq sarğısı Emin Mahmudovdan alınaraq Ramil Şeydayevə verilib.
Oxşar xəbərlər
Emin Mahmudov: “Təzyiqin altından çıxa bilmədik”
Fernandu Santuş: “Penaltini Emin Mahmudov vurmalı idi”
"Neftçi" yenə qalib gələ bilməyib
"Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü Osimhen İstanbula gəlib
Qriqorçuk Qara Qarayevi əvəzedici komandaya göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
