Emin Mahmudov: “Təzyiqin altından çıxa bilmədik”
Azərbaycan yığması Millətlər Liqasında mübarizəyə start verib.
Apasport.az xəbər verir ki, rəqib İsveç seçməsi olub - 1:3.
Matçdan sonra komandamızın kapitanı Emin Mahmudov görüş barədə danışıb:
“İsveç millisi ilə ötən matçda erkən qollar vurmuşduq. Belədə oyunun gedişatı daha rahat olmuşdu. Bu gün isə əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. İsveç yığmasının səviyyəsi çox yuxarıdır. Bu da, qol vurmaq üçün çətinlik yaradır. Matça təzyiqlə başladılar və bunun altından çıxa bilmədik”.
O, penalti epizodunu niyə yerinə yetirmədiyini açıqlayıb:
“Ramil Şeydayev topa məndən öncə gəldi. Xahiş etdi, mən də problem olmadığını bildirdim”.
Kapitan Slovakiya ilə matçı da dəyərləndirib:
“Bu matçı unudub, həmin görüşə köklənməliyik. Çətin oyun olacaq. Çox yaxşı rəqibə qarşı oynayacağıq. Çalışacağıq ki, sərfəli nəticə əldə edək”.
Oxşar xəbərlər
Fernandu Santuş: “Penaltini Emin Mahmudov vurmalı idi”
Azərbaycan futbol yığmasının Millətlər Liqasında iki oyun üçün heyəti açıqlanıb
Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb
Azərbaycanın futbol yığmasının Millətlər Liqası üçün heyəti açıqlanıb
UEFA Çempionlar Liqası: “Qalatasaray” səfərdə məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












