Kostanyan: 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin açılacağına ümid edirik
Ermənistan 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin və nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir, bu isə Cənubi Qafqazı Avropa və Mərkəzi Asiya arasında əsas əlaqələndirici həlqəyə çevirməyə imkan verəcək.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
Onun sözlərinə görə, İrəvan regional nəqliyyat layihələri üzərində işi davam etdirirdiyi və qonşu ölkələr tərəfindən daha çox səmimilik əlamətləri gördüyü üçün kommunikasiyaların açılması daha tez də baş verə bilər.
"Bizim baxışımız bundan ibarətdir ki, 2030-cu ilə qədər təəssüf ki, sərhədlərin indiyədək bağlı olduğu iki qonşumuzla - Türkiyə və Azərbaycanla açıq kommunikasiyalarımız və açıq sərhədlərimiz olacaq", - Kostanyan bildirib.
O bildirib ki, Ermənistan amerikalı tərəfdaşları ilə birlikdə "Tramp Marşrutu" (TRIPP) layihəsinin işə salınması üçün hüquqi hazırlıqları yekunlaşdırır. Bu layihə Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirməyə və Avropa ilə Mərkəzi Asiya arasında əlaqələri genişləndirməyə qadirdir. Eyni zamanda layihənin ilk növbədə dəmir yolu komponentinə yönəlmiş texniki-iqtisadi əsaslandırması hazırlanır.
Xəbər yenilənir
Oxşar xəbərlər
Kostanyan: Ermənistan regionda kommunikasiyaların qurulmasında maraqlıdır
Kostanyan: Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub
Nazir müavini: TRIPP şirkətinin yaradılması ilə məşğuluq, işlər çox fəal şəkildə aparılır
Kostanyan: Ermənistan yaxın vaxtlarda Rusiya ilə ixrac məsələlərini tənzimləməyə ümid edir
Kostanyan: Ermənistan və Azərbaycan kommunikasiyaların açılması istiqamətində səylərini artırmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
